2026-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olacaq?
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla ÜDM-in 2,3 faizini təşkil edəcək.
Az24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
A.Əmiraslanovun sözlərinə görə, növbəti ildə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.
Reklam
Oxşar xəbərlər
Benzin və dizel bahalaşacaq? – AÇIQLAMA
DSMF-nin 2026-cı il büdcəsi birinci oxunuşda təsdiqləndi
Bu şəxslər daha az vergi ödəyəcək
Böyük Qayıdış xərcləri ilin sonuna 22 milyarda çatacaq – Nazir
“Lukoil” Azərbaycanı tərk edir – Bu tarixdə
Azərbaycanlı milyarderin külli miqdarda vergi borcu var
Gəlir vergisini sahibkar, yoxsa işçi verəcək? – AÇIQLAMA
200 min manatlıq vergi limiti iki dəfə artırılır