“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” ilə bağlı yaydığı yeni sənədlərdə Azərbaycan auditoriyası üçün diqqət çəkən məqamlardan biri ABŞ Konqres üzvlərinin Bakıya səfəri ilə əlaqədardır. İddialara əsasən, həmin səfər çərçivəsində amerikalı nümayəndələr sabiq xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüblər.
AZ24.az xəbər verir ki, məsələyə münasibət bildirən Elmar Məmmədyarov nws24.az-a açıqlamasında Epşteynlə heç vaxt görüşmədiyini deyib:
“Epşteynlə nə vaxtsa görüşməyim və ya onunla əlaqə qurmağa cəhd etməyim barədə iddialar həqiqətə uyğun deyil. Mən heç vaxt Epşteyn adlı bir şəxslə görüşməmişəm və onunla əlaqə saxlamağa çalışmamışam. Belə bir hal olsaydı, mütləq yadımda qalardı”.
E. Məmmədyarov əlavə edib ki, vəzifədə olduğu dövrdə Konqres üzvləri və digər yüksək səviyyəli rəsmilərlə görüşmək onun birbaşa xidməti vəzifəsi olub:
“Konqresmenlər Bakıya səfər edəndə, təbii ki, işimlə bağlı onlarla görüşmüşəm. Yüksək vəzifəli rəsmilər Azərbaycana gələndə, xarici işlər naziri kimi onları qəbul etmişəm. Lakin Epşteynlə heç bir görüşüm olmayıb və onu qəbul etməmişəm”.
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO
Kamran Əliyev ona yüksək vəzifə verdi – FOTO