Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bir insanın ağlı və cəsarəti onu qəhrəman da, cani də edə bilər. Viktor Lustiq isə öz ağılı ilə dünyanı sarsıdan bir dələduza çevrildi. Sadə bir avstriyalı uşağından başlayaraq, zənginləri və hətta mafiozları hiylələrlə aldadan Lustiq, qeyri-adi planları və cəsarətli oyunları ilə tarixdə öz yerini qazandı.
Viktor Lustiq 1900-cü illərin əvvəllərində Avstriya-Macarıstanda anadan olub. Çox da varlı olmayan, sadə bir ailədə böyüyüb. Zəkalı bir uşaq idi, bir neçə dil bilirdi və müəllimləri ona heyran idi. Məktəb illiyində ona “mükəmməl şagird” kimi qiymət verilmişdi. O, həm də tələbə yoldaşları arasında populyar idi, qızlarla flört edir, oğlanlarla dostluq qururdu.

Ancaq bir gün məktəbdə başı bəlaya girdi. Dediyinə görə, bir uşağın dələduzluğunu görüb onu üz-üzə dayandırmaq istəyib. İşlər böyüyüb, dava düşüb. Dava nəzarətdən çıxanda Lustiq ciddi döyülüb. Bu hadisə onun xarakterini dəyişdirib və həyatda qalmaq üçün açgöz insanlardan intiqam almağa başlamasına səbəb olub. O, bütün biliklərini mükəmməlləşdirərək dünya miqyasında tanınmış bir cinayətkar olub.
Bir gün Lustiq çantasını yığıb qaçdı. Məqsədi insanları dolandırmaq idi. Bir neçə ilini gəmilərdə səyahət edərək, kokteyllər içərək və yeni qurbanlar taparaq keçirdi. Bahalı geyimlər geyinən, zinət əşyalarına sahib qadınları müxtəlif hiylələrlə toruna salırdı.

O yalnız qadınları deyil, onların ailələrini də təsirinə aldı. Zəngin ailələrdən müxtəlif yollarla pul aldı. Birinci Dünya müharibəsi başladıqda gəmi səfərlərinə məhdudiyyətlər tətbiq olundu və Lustiq daha çox qurban tapa bilmədi. Beləliklə, planını dəyişmək məcburiyyətində qaldı.
Yeni planı, dediyi hər şeyə inanacaq saf amerikalılar tapmaq idi. Lustiq “Rumen qutusu” adlanan bir qutunu bir çox insana satdı. İddiaya görə, bu qutuda qoyulan pul saatlar ərzində artırdı. Texas polis rəisi də daxil olmaqla bir çox insan buna inandı. Lustiq qutunu bir neçə min dollara ona satdı. Polis rəisi qutunun işləmədiyini anlayanda Lustiq artıq əyaləti tərk etmişdi.

O, Lustiqi Çikaqoya qədər təqib etdi. Daha sonra Lustiqdən qutunu düzgün istifadə etməyi öyrənmək istədi. Lustiq şansını dəyərləndirib, qutunu düzgün istifadə etmədiyi üçün onu tənbeh etdi və rəis də üzr istəyərək geri çəkildi.

Lustiq sıradan vətəndaşlarla kifayətlənmədi, o dövrün məşhur mafiozu Al Kaponini də dolandırdı. Kaponi Lustiqə 50 min dollar verdi. Lustiq bu pulu daha çox insanı dolandırmaq üçün istifadə etdi. İşin sonunda Al Kaponiyə payını vermək əvəzinə işin uğursuz olduğunu dedi. Lakin o, Kaponiyə qismən geri ödəməyi də unutmadı. Kaponi onun dürüstlüyündən təsirlənərək ona 1000 dollar mükafat verdi.
1925-ci ildə Lustiq Eyfel Qülləsi ilə bağlı bir qəzet xəbərinə rast gəldi. Qüllə inşa olunandan 40 il keçmişdi və təmirə ehtiyacı vardı. Təmir xərcləri o qədər böyük idi ki, bir çox vətəndaş qüllənin sökülüb metal kimi satılmasının lazım olduğunu düşünürdü.

Lustiq beş metal alıcısı ilə görüşdü və özünü dövlət işçisi kimi təqdim etdi. Hələ müzakirə olunan məsələ olduğu üçün iştirakçılardan məlumatı gizli saxlamalarını istədi.
Plan sadə idi: hər alıcıdan qüllə üçün təklif verməsini istədi, ən yüksək təklifi verəndən isə pulunu aldı və yox oldu. O, görüşdüyü şəxslərin xarakterlərini də analiz etdi, onlardan daha pulgir olanları dolandırmaq üçün qeydə aldı.
Seçdiyi şəxslərdən biri Andre Poisson idi. Ona təklifinin çox aşağı olduğunu, artırsa ona xüsusi üstünlük verəcəyini söylədi. Poisson təklifi artırdı və əlavə olaraq Lustiqə rüşvət də verdi. Nəticədə Lustiq bugünkü pulla təxminən 30 milyon dollar qazandı.

İkinci cəhdində isə o qədər uğurlu olmadı. Lustiq qülləni yenidən satmağa çalışdı, lakin bir alıcı şübhələndi və polislərə xəbər verdi. Lustiq sürətlə Amerikaya qaçdı və dələduzluğu davam etdi. Lakin kiçik bir səhv nəticəsində tutuldu.
Həbs olunanda əlində qəribə bir açar var idi və bunun evindəki gizli dolabı açdığını deyərək polisləri yenidən aldatmağa çalışdı. Məhkəmə onu həbs etdi, sonra təmizlikçi paltarı ilə qaçdı. Qısa müddətdən sonra yenidən tutuldu və Alcatraz həbsxanasına göndərildi.
Viktor Lustiq 1947-ci ildə Alcatrazda pnevmoniyadan dünyasını dəyişdi.
Dəniz
Reklam
Oxşar xəbərlər
Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR
Unitazda niyə 2 düymə var?