az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Stüardessaların gizli kodları: sərnişinləri görün necə təsvir edirlər

Stüardessaların gizli kodları: sərnişinləri görün necə təsvir edirlər

Maraqlı 01.02.2026 20:19 22

Təyyarə stüardessaları və ekipaj üzvləri uçuş zamanı ürəklərini sürətlə döyüdən sərnişinləri və həmçinin onları narahat edən şəxsləri işarə etmək üçün gizli kodlardan istifadə edirlər.

Az24.az xəbər verir ki, təyyarənin dar keçidlərində yemək arabası ilə hərəkət etmək çox çətindir, üstəlik sərnişinlərin diqqətlərini kim cəlb edir, kim narahat edir kimi söhbət üçün vaxt da yoxdur. Buna görə də ekipaj kodlardan istifadə edərək bunu bir-birinə ötürür.

Məsələn, stüardessa birini “Bob” adlandırırsa, bu, “babe on board” – yəni təyyarədə xüsusilə cazibədar sərnişin deməkdir. Həmçinin, sərnişin təyyarədən düşərkən ona “cheerio” deyirsə, bu, onun üzərində kiçik bir simpatiyanın olduğunu bildirə bilər, deyə stüardessa eShores-a açıqlayıb.

“Mermaid” (Siren) – bir sərnişin bir neçə oturacağı tutaraq digər sərnişinlərin yanında oturmasını əngəlləyirsə, ona belə ləqəb verilir.

Stüardessa əlavə edib: “Biz dərhal yemək bölməsinin arxasına qaçıb digər ekipaj üzvlərinə bildiririk ki, cazibədar sərnişin harada oturub. Ona qarşı daha nəzakətli oluruq və onu sevindiririk. Telefon nömrələrinin hətta salfetlərə yazıldığı da təsdiqlənib.”

“Atlas + Wild” saytının təsisçisi və təcrübəli stüardessa Sherry Martin Peters “Mirror”a açıqlamasında deyib ki, sərnişinlərin gördüyü xoş üz ifadəsi və təmiz uniforma yalnız gerçəyin kiçik bir hissəsidir.

“26 ildir beynəlxalq uçuşlarda stüardessa kimi çalışıram. Sərnişinlər yalnız bizim gülümsəyən tərəfimizi görür, amma arxada tamamilə fərqli bir dünya fəaliyyət göstərir.”

O əlavə edib: “Biz bir-birimizlə kodlar və qısaltmalar vasitəsilə ünsiyyət qururuq. Uçuşlarımız günlərlə deyil, şəhərlərlə təsvir olunur: “Bu ay Afinaya uçuram. Nyu-Yorkda nahar, Parisdə səhər yeməyi – bu öyünmək deyil, sadəcə bizim üçün adi bir çərşənbədir. Bunu yaşamayanlar başa düşə bilmir. Hətta stüardessaların həyat yoldaşları da zamanla bu dili öyrənir.”

“Sevgi kodları”ndan əlavə, stüardessaların bir çox başqa gizli ifadələri də var:

Mermaid (Siren) – bir sərnişin bir neçə oturacağı tutaraq digər sərnişinlərin yanında oturmasını əngəlləyir.

Code 300 və ya Angel (Mələklər) – uçuş zamanı ölmüş sərnişin.

ABP (able-bodied passenger) – fövqəladə vəziyyətdə kömək edə biləcək fiziki güclü sərnişin.

Gate Lice (Qapı bitləri) – yeni sərnişinlər, giriş qapısının ətrafında toplaşaraq birinci sinif və biznes sərnişinlərin keçidini əngəlləyir.

Dəniz

Reklam