az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Uğurlu iş axtarışı üçün 3 VACİB QAYDA

Uğurlu iş axtarışı üçün 3 VACİB QAYDA

Maraqlı 01.02.2026 18:00 16

İşəgötürənlərin diqqətini cəlb etmək və yüzlərlə namizəd arasından seçilmək indi daha da çətindir.

Az24.az xəbər verir kİ, “LinkedIn”in karyera eksperti Ketrin Fiçer bildirir ki, hazırda işəgötürənlərin ən çox qiymətləndirdiyi bacarıq süni intellekt üzrə bilikdir.

Fiçer qeyd edir ki, şirkətlər “bacarıqlara əsaslanan işə götürmə” yanaşmasına keçdiyi üçün namizədlər gündəlik işlərində süni intellekt alətlərindən necə istifadə etdiklərini göstərməlidirlər. “Bu proqramlaşdırma tələb etmir. Sadəcə işlərinizi daha məhsuldar etmək üçün AI-dən istifadə etməyi bilmək kifayətdir,” – deyə o əlavə edib.

Müsahibəyə hazır olun

Namizədlərdən çox güman ki, soruşacaqlar: “Süni intellekti işinizdə necə istifadə etmisiniz?” Ona görə də konkret nümunələr hazırlamaq vacibdir.

Əlaqələr hələ də əhəmiyyətlidir

Fiçer vurğulayır ki, şəxsi və peşəkar əlaqələr hələ də iş tapmaqda mühüm rol oynayır. LinkedIn məlumatına görə, işəgötürənlərin 38%-i tövsiyə olunan namizədlərə xüsusi diqqət yetirir.

“Spray and pray” artıq işləməyəcək

Artıq kütləvi CV göndərmək işəgötürənləri cəlb etmir. İşəgötürənlər konkret bacarıqlara və təcrübəyə malik namizədləri axtarır.

Namizədlər üçün 3 əsas tövsiyə

Süni intellekt bacarığını vurğulayın – iş prosesinizi necə məhsuldar etdiyini göstərin.

Hekayələşdirmədən istifadə edin – bacarıqlarınızı və təcrübənizi konkret nümunələrlə izah edin.

Əlaqələrdən yararlanın – tövsiyələr və şəxsi tanışlıqlar işə qəbul şansını artırır.

Fiçer yekun olaraq bildirir: “Fərdi təcrübənizi göstərmək və süni intellekt bacarıqlarınızı konkret nümunələrlə dəstəkləmək işəgötürənlərin axtardığı əsas amildir.”

Dəniz

Reklam