Unitazda niyə 2 düymə var?
Unitazlar əlavə komplektasiya elementlərinə görə, xüsusən də su buraxma düymələri baxımından fərqli ola bilər. Tək düyməli unitazlar var ki, burada hər şey aydındır — düyməni basdıqda su çəndən unitaza axır. Ancaq ikiqat su buraxma düymələrinin necə işlədiyini hər kəs bilmir, halbuki bu cür modellər geniş yayılıb.
Unitazların konstruksiyası daim təkmilləşdirilir. Bir çoxları xatırlayır ki, məsələn, SSRİ dövründə tualet ya sadəcə “döşəmədə dəlik”, ya da suyu axıtmaq üçün ipi dartmaq lazım olan asma çənli modellər idi. İndi isə bu cür variantlara demək olar ki, rast gəlinmir — mənzillərdə daha müasir modellər quraşdırılır.
İki rejimli armaturlar 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində tətbiq olunmağa başladı. Məhz o vaxt istehsalçılar suya qənaət etməyə imkan verən mexanizmə ehtiyac olduğunu düşündülər. Bu sistemi hazırladıqdan sonra istehlakçılara hansı düymənin daha çox, hansının isə daha az su axıtdığını izah etdilər.
Əgər az miqdarda tullantını yumaq lazımdırsa, kiçik, çox miqdarda tullantı üçün böyük düyməni basmaq llazımdır. Bundan əlavə, ikiqat mexanizm dizayn baxımından da daha estetik və orijinal görünür. Unitazın üzərində iki düymənin olmasının səbəblərindən biri də məhz budur.
Praktik tərəfdən yanaşdıqda, tək düyməli unitazlar bir yuma zamanı adətən 9–12 litr su sərf edir. İki düyməli modellər isə xeyli qənaətcildir: kiçik düyməni basdıqda 3–4 litr, böyük düyməni basdıqda isə 6–9 litr su axıdılır. Bəzi məlumatlara görə, üç nəfərlik bir ailə bu tip unitazdan düzgün istifadə edərsə, il ərzində onlarla litr suya qənaət edə bilər ki, bu da kommunal ödənişlərdə nəzərəçarpacaq fərq yaradır.
Dəniz
Reklam
Oxşar xəbərlər
Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR