az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
“Epşteyn işi” ilə bağlı milyonlarla sənəd ictimaiyyətə açıqlandı – ŞOK CİNAYƏTLƏR

“Epşteyn işi” ilə bağlı milyonlarla sənəd ictimaiyyətə açıqlandı – ŞOK CİNAYƏTLƏR

Maraqlı 01.02.2026 19:50 27

Yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbsdə olan milyarder Ceffri Epsteynin həbsxanada ölü tapılması ilə bağlı 3 milyondan çox yeni sənəd ictimaiyyətə təqdim edilib.

Az24.az xəbər verir ki, Epsteiynin qurbanlarından biri, elit qonaqların qatıldığı partilərdə inanılmaz işgəncələr verdiyini və insan əti yediyini iddia edib.

Şahid deyib ki, Epsteyn siyasətçilərə uşaqlara təcavüz etdirib, onları öldürüb sonra da yemələrini əmr edib.

2009-cu ildə 21 yaşlı meksikalı model Qabriela Rico Jimenez Meksikanın Monterrey şəhərindəki oteldə qatıldığı partidən qaçaraq elitlərin insan əti yediyini hayqırmışdı.

Jimenez sonradan həbs edilərək psixiatrik klinikaya aparılıb və o vaxtdan bəri ondan xəbər yoxdur. Bu iddialar onun dediklərini təsdiqləyir və dünyada geniş rezonans doğurub.

Ən gənci 14 yaş olmaqla, 18 yaşından kiçik onlarla qız uşağına qarşı cinsi istismarda ittiham edilən Epsteyn Manhattan Metropolitan Həbsxanasındakı hücrəsində 10 avqust 2019-cu il tarixində ölü tapılmışdı.

Yeni açıqlanan sənədlərdə Prens Andrev, ABŞ Prezidenti Donald Tramp, keçmiş ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrail baş naziri Ehud Barak, keçmiş ABŞ vitse-prezidenti Al Qore, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzyonist Devid Kopperfild, vəkil Alan Dershovits və keçmiş Nyu Meksiko qubernatoru Bill Rişardson kimi məşhurların adı yer alıb.

Açıqlanan sənədlər arasında ən çox diqqət çəkən məqam Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu (Andrew Mountbatten-Windsor) ilə bağlı yeni görüntülərdir. BBC News və CNN-in məlumatına görə, fotolarda keçmiş şahzadənin naməlum bir qadınla (üzü qaraldılmış şəkildə) etik olmayan vəziyyətdə görüntüləndiyi iddia edilir.

Eyni zamanda, 2010-cu ilə aid yazışmalar Epşteynin Endryunu 26 yaşlı bir Rusiya vətəndaşı ilə şam yeməyinə dəvət etdiyini və Bukingem sarayında “məxfilik daxilində” görüş təklif etdiyini ortaya qoyub.

ABŞ Federal Soruşturma Bürosu (FBI) və ABŞ Ədliyyə Nazirliyi araşdırmalar nəticəsində, bu məşhur şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcud olduğuna dair heç bir sübut tapılmadığını açıqlayıb. Epsteinin öldürülməsi ilə bağlı iddialara baxmayaraq, rəsmi olaraq onun hücrəsində intihar etdiyi bildirilir.

Dəniz

Reklam