İran başladı: Dəhşətli partlayış səsləri – Generalın ölüm xəbəri YAYILDI

İran başladı: Dəhşətli partlayış səsləri – Generalın ölüm xəbəri YAYILDI

Dünya 31.01.2026 19:11 393

İran tərəfi hərbi rəhbərliklə bağlı yayılan iddialara rəsmi mövqe bildirib.

AZ24.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri barəsində guya sui-qəsd baş verməsi ilə bağlı informasiyaları əsassız adlandırıb.

SEPAH tərəfindən yayımlanan açıqlamada vurğulanıb ki, Bəndər Abbas şəhərində yaşayış massivlərindən birində qeydə alınan partlayışın kontr-admiral Təngsirinin ölümü ilə heç bir əlaqəsi yoxdur və sosial şəbəkələrdə, eləcə də bəzi media resurslarında yayılan məlumatlar reallığı əks etdirmir.

Qurum ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb və dezinformasiyaların yayılmasının qarşısının alınmasının vacibliyini qeyd edib. (nocomment.az)

Reklam