İran ABŞ hərbçiləri üçün 5 min məzar hazırladı

İran ABŞ hərbçiləri üçün 5 min məzar hazırladı

Dünya 31.01.2026 20:32 760

İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin Beheşti Zehra Məzarxanası İdarəsinə istinadən yaydığı xəbərə görə, Tehranda ABŞ hərbçilərinin müvəqqəti dəfn olunması üçün təxminən 5 min məzar hazırlanıb.

Az24.az xəbər verir ki, məzarların hazırlanmasının ABŞ-ın İran üzərinə mümkün hücumuna qarşı alınan preventiv tədbirin bir hissəsi olduğu vurğulanıb. Lakin hazırlığın əhatəsi və detalları ilə bağlı rəsmi sənəd və ya plan açıqlanmayıb.

İranlı rəsmilər məzarların qazıldığı iddiasına dair heç bir rəsmi açıqlama verməyib. Tehranın susqunluğu iddiaların doğruluğu barədə müzakirələri də gündəmə gətirib.

Digər tərəfdən, ABŞ-ın İrana hücum ehtimalı gündəmdə olarkən, İran dini lideri Ayətullah Əli Xameneyin müşaviri Əli Şemhani “Hər hansı bir hücuma cavabımız Tel-Əvivin qəlbinə çatacaq” deyib.

Dəniz

Reklam