Bu yapon avtomobillərindən uzaq durun – Mexanikdən XƏBƏRDARLIQ

Bu yapon avtomobillərindən uzaq durun – Mexanikdən XƏBƏRDARLIQ

Avto 31.01.2026 18:00 3

Avtomobil alarkən etibarlı marka seçmək hər zaman kifayət etmir. ABŞ-lı mexanik Alan Qelfand bəzi yapon avtomobillərinin 160 min kilometrə çatmadan ciddi mexaniki problemlər yaratdığını bildirərək sürücüləri ehtiyatlı olmağa çağırır.

“GoBankingRates”ə açıqlama verən mexanik və avtomobil sahibi Alan Qelfand qeyd edib ki, cüzdanı qorumaq üçün bu avtomobillərdən ya tamamilə çəkinmək, ya da almazdan əvvəl mütləq hərtərəfli texniki yoxlama aparmaq lazımdır.

O aşağıdakı yapon avtomobillərini almamağı tövsiyə edib:

Nissan Altima

Sürətlər qutusunda (CVT) tez-tez nasazlıqlar yaranır, təmiri isə çox bahalıdır. Mexanikin sözlərinə görə, “Nissan Altima”nın fasiləsiz dəyişən transmissiyası (CVT) ən böyük çatışmazlıqdır. Qelfand bildirib: “Altima”nın transmissiyasında 100.000 mildən əvvəl özünü göstərə bilən vibrasiya və güc itkisi də daxil olmaqla ciddi performans problemləri var”

Honda Passport

Elektron sistemlərdə və ötürücü hissədə davamlı problemlər müşahidə olunur.

Birinci nəsil “Honda Passport”da, transmissiya vibrasiyaları, arxa diferensial sızmalar və mürəkkəb elektron sistemlər kimi problemlər yaranır. Sahiblər bu komponentlərin dəfələrlə təmir edildiyini, bəzən hətta 50.000 mildən əvvəl də təmir edildiyini bildiriblər.

Infiniti QX60

Bu avtomobil elektrik və CVT problemi səbəbindən problemli hesab olunur. Transmissiya və mühərriklə bağlı xroniki problemlər var, uzunömürlü hesab edilmir.

Mitsubishi Outlander

Fix şirkəti sözügedən avtomobili etibarsız elektronika, transmissiyada vibrasiyalar və zəif yığım keyfiyyəti səbəbilə tənqid edib. Consumer Reports da oxşar mövqedən çıxış edərək, son modellər üçün etibarlılığı yalnız “orta” səviyyədə qiymətləndirir. Avtomobil sahibləri isə əsasən məlumat-əyləncə sistemində nasazlıqlar, işləməyən şarj portları və təkrarlanan problemləri aradan qaldıra bilməyən servis mütəxəssisləri ilə bağlı şikayətlər edirlər.

Qeyd olunur ki, potensial alıcılar alışdan əvvəl xəbərdarlıq işıqlarına, natamam servis tarixçəsinə, həmçinin boş rejimdə və ya transmissiya zamanı yaranan qeyri-stabil səslərə xüsusi diqqət yetirməlidirlər.

Subaru Ascent
Mühərrik və ötürücü sistemdə istehsal qüsurları səbəbilə tez-tez servisə ehtiyac yaranır. Bu avtomobil uzun müddətdir silindr başlığı sızması problemi ilə üzləşir. Eyni problem bəzi yeni modellərdə də görünür. Bu avtomobillərin sahibləri təxminən 100.000 mildən sonra qrafit örtüklü contaların sıradan çıxdığını və bunun yağ və soyuducu maye sızmasına səbəb olduğunu bildiriblər.

Mazda CX-9

Bu avtomobildə istifadə olunan 2,5 litrlik turbomühərrik, xüsusilə vaxtında və düzgün qulluq edilmədikdə, karbon çöküntülərinin yaranmasına və turbomühərrikin sıradan çıxmasına həssasdır. Köhnəlmiş turbonun dəyişdirilməsi təxminən 2–3 min dollara başa gələ bilər, güclü karbon yığıntılarının təmizlənməsi isə uzunmüddətli və baha başa gələn texniki proses tələb edir.

Mühərrik gücünün azalması və yanmış yağ qoxusunun hiss olunması bu tip mühərriklər üçün tipik xəbərdarlıq əlamətləri sayılır.

Toyota RAV4 Prime (Plug-in Hybrid)

Ekspert Loren Fiksin sözlərinə görə, RAV4 Prime modelində qoşulan hibrid sistemin artan texniki mürəkkəbliyi batareyanın soyudulması ilə bağlı problemlərə, eləcə də elektrik və benzin ötürücü sistemlərində nasazlıqlara yol açıb.

Məlumata əsasən, sistem və elektron nasazlıqlar, uzunmüddətli təmir prosesləri, həmçinin əsas hibrid komponentlərin geri çağırılması ilə bağlı çoxsaylı şikayətlər qeydə alınıb. Ekranın donması, şarj problemləri və batareyanın zəif olması barədə tez-tez çıxan xəbərdarlıqlar isə sürücülər üçün əsas risk siqnalları sayılır.

Alan Qelfand vurğulayıb ki, bu modellər “pis avtomobil” olmasa da, istifadə müddətində sahibinə gözlənilməz xərclər çıxara bilər. Ekspert alıcılara avtomobil seçərkən yalnız marka etibarına deyil, real servis təcrübələrinə və uzunmüddətli etibarlılığa diqqət yetirməyi tövsiyə edir.

Dəniz

Reklam