Sabahdan bu avtobuslar YENİLƏNİR – Gedişhaqqı 50 qəpik

Sabahdan bu avtobuslar YENİLƏNİR – Gedişhaqqı 50 qəpik

Cəmiyyət 31.01.2026 13:49 106

Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun “Neftçilər” stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

AZ24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Reklam