Bura düşən bir də çıxmaq istəmir – Dünyanın ən lüks həbsxanaları

Bura düşən bir də çıxmaq istəmir – Dünyanın ən lüks həbsxanaları

Maraqlı 31.01.2026 12:59 7

Dünyada həbsxanalar adətən qorxu və sərt nəzarət simvolu kimi tanınır. Lakin bəziləri standart anlayışlardan kənara çıxaraq həm qeyri-adi memarlığı, həm də fərqli qaydaları ilə diqqət çəkir. Bəziləri yalnız kiçik ölçüləri ilə heyrətə gətirir, bəziləri isə saxlanma üsulları və yerləşdiyi ərazinin qəribəliyi ilə fərqlənir. Bu yazıda dünyanın ən qəribə və maraqlı həbsxanalarını – onların yerləşdiyi ölkələri, adlarını və fərqliliklərini – təqdim edirik.

Az24.az bu yazıda dünyanın ən qəribə həbsxanaları ilə bağlı məlumatları təqdim edir:

Norveç, Boston həbsxanası

Bu həbsxana ənənəvi “qəfəs və barmaqlıqlar” anlayışından çox uzaqdadır. Məhkumlar adada yerləşən taxta kotteclərdə yaşayır, bağlarda işləyir, heyvanlarla məşğul olur, hətta at sürmək, sauna və tennis oynamaq kimi fəaliyyətlərə çıxışları var.

Onların hər birinin işi var hansı ki, saat 8:30-dan 15:30-a qədər orada olmalıdırlar. Bu işdə məhbuslar gündəlik 10$ qazanırlar.

Özgürlükdən məhrum olunduqları halda həyat keyfiyyəti bir çox insan üçün çox gözəl səviyyədədir və Norveçdə residiv (təkrari cinayət) nisbəti Avropa ortalamasından qat‑qat aşağıdır. Hətta məhbuslar bu həbsxanada qalmaq üçün özləri ərizə verməlidirlər — təhlükəli hesab olunanlar qəbul olunmur.

Boliviya, San Pedro həbsxanası

Bu həbsxana məhkumlarının öz qanunları, ziyarətə gələn turistləri, oyun meydançaları və daha nələri var.

“Həbsxana” adətən sərt nəzarət və basabas məkanı çağırışını doğurur. Lakin San Pedro belə deyil. Burada 1500 məhkun saxlanılır. Məhbuslar öz hücrələrini sırf almaqla yaşayırlar, buna görə də pul qazananlar yaxşı hissələrdə yaşayırlar, kasıblar isə daha pis şəraitdədirlər. Bu həbsxana içəridə bazarlar, dükanlar, hətta restoranlar olan bir “balaca şəhər”ə bənzəyir. Hücrələr metal barmaqlıqlarla deyil, məhbusların öz pulu ilə alınmış qapılarla ayrılır.

Norveç, Xalden həbsxanası

Hər kameranın öz qonaq otağı, plazma televizoru var. Məhbuslar həmçinin məşq zallarından istifadə edə, furtbol oynaya, hətta səsyazma studiyasında mahnı da yazdıra bilərlər. Bu həbsxana gözəl imkanlarına görə dünyanın ən yaxşı həbsxanaları sırasındadır.

Meksika, Cereso Çetumal həbsxanası

Bu həbsxana ərazisində əsl boks meydançası mövcuddur. Məhbusların aralarında narazılıq yaranan zaman onlara boks əlcəkləri verilir və mübahisəni rinqdə həll etməyə şərait yaradılır. Adətən bir neçə rinqdən sonra yaranan problem həll olunmuş olur.

Burada 1100 məhbus olmasına baxmayaraq, şərait yaxşıdır və həbsxana idarəetmə proqramı və dadlı yeməkləri ilə məşhurdur. Buranın unikallığını göstərən özəlliklərindən biri isə son 10 ildə bir dəfə belə olsun zorakılıq halının baş verməməsidir. Burada məhbuslar rəsm və sənətkarlıqla məşğul olur, öz əl işlərini isə turistlərə satırlar.

İslandiya, Aranxues həbsxanası

Bu həbsxana öz imkanları ilə sözün əsl mənasında təəccübləndirməyi bacarır. Belə ki, məhbuslar burada öz ailələri ilə birgə yaşaya bilirlər. 36 ailə kamerası olan bu həbsxanada uşaqlar azaddırlar və gözəl şəraitdə, əsil ailə mühitində böyüyürlər. Məqsəd isə uşaqların valideyn yoxluğunu hiss etməməsidir.

Norveç, Halden bəbsxanası

Bu həbsxana ağır cinayətlər törətmiş şəxslər üçün nəzərdə tutulsa da, burada məhkumların şəraiti son dərəcə komfortludur. Hər məhkum üçün soyuducu və televizor təmin edilir, gündəlik idman və iş imkanları var, illik saxlanma xərci isə 185 min dollar təşkil edir. Həbsxanada qaçış və zorakılıq halları qeydə alınmayıb, məhkumların çoxu cəmiyyətdə yenidən inteqrasiya olunur.

Danimarka, Storstryom həbsxanası

Ən müasir dizaynda tikilib. Hökumət nümayəndələri düşünürlər ki, hər bir lazımi şəraitlə təchiz edilmiş bu həbsxanada yaşayan məhbuslar azadlığa çıxdıqdan sonra heç bir qanunu pozmayacaqlar.

Hər kameranın sahəsi 3,7 kvadrat metr təşkil edir. Hər otaqda televizor, soyuducuyla, şkaf, böyük pəncərə və hamam otağı var.

Dəniz

Reklam