ABŞ–İran gərginliyi pik həddə çatdı – Hücum bu tarixdə başlayır

ABŞ–İran gərginliyi pik həddə çatdı – Hücum bu tarixdə başlayır

Dünya 31.01.2026 09:45 83

ABŞ–İran münasibətlərində gərginlik daha da yüksəlib.

Az24.az xəbər verir ki,İran ordusunun bazar günü Hörmüz boğazında keçirməyi planlaşdırdığı atış təlimi ərəfəsində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Tehrana xəbərdarlıq edərək, bölgədə gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.

CENTCOM İran İnqilab Keşikçiləri Korpusunun elan etdiyi təlimlərin beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinə xələl gətirməməli olduğunu vurğulayıb. İran isə təlimlərlə bağlı NOTAM yayımlayaraq Hörmüz boğazı ətrafında hava məkanında məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.

Digər tərəfdən, ABŞ mətbuatı da ABŞ-ın bazar günü İranı vuracağı ilə bağlı iddialar irəli sürüb. ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Tehran arasında gərginlik pik həddə çatarkən, Amerika mediası “İrana qarşı hücumun bazar günü başlaya biləcəyi” ehtimalını gündəmə gətirib.

“Dropsite News” nəşrinin yazdığına görə, yüksək rütbəli ABŞ rəsmiləri bölgədəki müttəfiq ölkələrdən birini Trampın bu həftəsonu ABŞ-ın İrana hücumuna icazə verə biləcəyi barədə məlumatlandırıb. Bir neçə mənbəyə istinad edilən xəbərdə hücumların bazar günündən etibarən başlaya biləcəyi qeyd olunur.

Xəbərdə yer alan başqa bir iddiaya görə, Tramp administrasiyasına Yaxın Şərq siyasəti üzrə qeyri-rəsmi məsləhətlər verən keçmiş kəşfiyyat rəsmisi bildirib ki, artıq məsələ nüvə və ya raket proqramı deyil, rejim dəyişikliyidir.

İddiaya əsasən, hücumlar təkcə nüvə və ballistik raket obyektlərinə deyil, eyni zamanda hərbi hədəflərə və İran rəhbərliyinə yönələcək. Qeyri-rəsmi məsləhətçi Tramp administrasiyasının “Əgər bu hücum nəticə versə, iranlılar yenidən küçələrə çıxa və hökumət devrilə bilər” düşüncəsində olduğunu bildirib.

Dəniz

Reklam