“Beşiktaş” heyətini “İnter”in futbolçusu ilə gücləndirdi

“Beşiktaş” heyətini “İnter”in futbolçusu ilə gücləndirdi

İdman 30.01.2026 19:00 6

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZ24.az xəbər verir ki, İstanbul təmsilçisi transfer çalışmalarını davam etdirərək İtaliya futbolunun tanınmış komandalarından olan “İnter”in yarımmüdafiəçisi Kristyan Asllanini sıralarına qatıb.

Məlumata görə, 23 yaşlı futbolçu müqavilə detallarını rəsmiləşdirmək üçün artıq İstanbula gəlib. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Xatırladaq ki, Albaniya millisinin üzvü olan Asllani 2022-ci ildən etibarən “İnter”in formasını geyinirdi və bu müddət ərzində İtaliya A Seriyasında mütəmadi çıxışlarla yadda qalıb.

Reklam