“Qarabağ” bu mövsüm nə qədər qazanıb?

“Qarabağ” bu mövsüm nə qədər qazanıb?

İdman 30.01.2026 19:46 16

“Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə maliyyə qazancı baxımından rekord vurub. Ağdamlılar pley-off mərhələsinə vəsiqə qazanmaqla həm tarixi nəticə əldə edib, həm də indiyəqədərki ən yüksək pul mükafatına sahib çıxıb.

Təmsilçimiz yarışın Liqa mərhələsində iştirak etməklə 18,62 milyon avroya sahib olmuşdu. Burada hər xalın dəyəri 700 min avrodur. Üç qələbə 6,3, bir heç-heçə isə 0,7 milyon avronun büdcəyə əlavə edilməsinə səbəb olub.

Yarışı 22-ci yerdə tamamlayan Azərbaycan çempionu mövqeyə görə minimum 4,125 milyon avro bonus əldə edib. Bundan başqa, UEFA pley-off mərhələsinə çıxış üçün 1 milyon avro ödəyir.

Beləliklə, “Qarabağ” bugünədək 30,745 milyon avro (62,68 milyon manat) qazanıb. Bu rəqəm komandanın irəliləməsi halında arta bilər. Çempionlar Liqasının 1/8 finalına vəsiqə əlavə 11 milyon avro əldə etmək deməkdir. (futbolinfo)

Reklam