“Qalatasaray” “Real”dan 80 milyonluq oyunçu gətirir
Türkiyənin “Qalatasaray” klubu “Real Madrid”in hücumçusu Rodriqo Qoesin transferi ilə yaxından maraqlanır. İstanbul təmsilçisi braziliyalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Az24.az xəbər verir ki, “Real Madrid” 24 yaşlı cinah oyunçusunun daha çox oyun praktikasına malik olması üçün onu Çempionlar Liqasında çıxış edən komandaya göndərməyi düşünür. “Qalatasaray” isə bu fürsətdən yararlanmaq niyyətindədir.
Lakin transferin reallaşması üçün Madrid klubunun mühüm şərti var: “Qalatasaray”ın Rodriqonun yüksək maaşının ən azı yarısının müəyyən müddət ərzində ödənilməsinə razı olması tələb olunur.
Rodriqo bu mövsüm “Real Madrid”də 13 oyuna çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb. Onun Madrid nəhəngi ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. “Transfermarkt” futbolçunun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi