Pulunuzu boş yerə xərcləyən xanımlara verməyin – Sevincdən kişilərə MƏSLƏHƏT

Pulunuzu boş yerə xərcləyən xanımlara verməyin – Sevincdən kişilərə MƏSLƏHƏT

Şou 29.01.2026 21:43 8

Müğənni Sevinc Ağaşirinova son açıqlaması ilə diqqət çəkib.

Az24.az xəbər verir ki, müğənni kişilərin min bir əziyyətlə qazandığı pulu düzgün xərcləmədiklərini bildirib.

O qeyd edib ki, kişilər əziyyətlə daş qoyub pul qazanırlar, o pulu da qadınlar dırnağa verirlər, o da qırılıb düşür.

Sevinc Ağaşirinova əlavə edib ki, bu məsələdə o, çox vaxt kişilərin tərəfindədir və onlara tövsiyə verib: “Pulunuzu boş yerə xərcləyən xanımlara verməyin. Ondansa öz ailənizə baxın, balanıza xərcləyin”.

Sənətçi həmçinin bəzi qadınların maliyyə məsələlərində sui-istifadə etdiyini iddia edib: “Xanımlar deyirlər ki, “nəyimə lazımdır, pul verməlidir”, amma bu yanaşma doğru deyil”.

Açıqlamalar sosial şəbəkələrdə geniş rezonans doğurub və mövzu ilə bağlı müzakirələr başlanıb.

Dəniz

Reklam