Rəqsanə Səidə ilə qalmaqaldan DANIŞDI: Mən ölüyə toxunmamışam

Rəqsanə Səidə ilə qalmaqaldan DANIŞDI: Mən ölüyə toxunmamışam

Şou 29.01.2026 15:12 107

Müğənni Rəqsanə İsmayılova aparıcı Səidə Bəkirqızı ilə aralarında yaranmış qalmaqalla bağlı danışıb.

Az24.az xəbər verir ki, müğənni ARB-də yayımlanan “Günə uğurla” verilişində S.Bəkirqızını tanımadığını, onun həyat yoldaşını təhqir etdiyi üçün belə danışdığını bildirib.

“Həmin fotosessiya konkret bir layihə üçün nəzərdə tutulmuşdu. Sözügedən çəkiliş nə gündəlik geyim, nə də toy-nişan məqsədi daşıyırdı. Buna baxmayaraq, məsələ sosial müzakirələrdə fərqli təqdim olunaraq qınaq obyektinə çevrildim.

Mən danışmamalıydım, amma əsəblərim pozulub. Haqqımda danışan jurnalisti əvvəllər tanımırdım, onu sosial şəbəkələrdən tanıdım. Məni müzakirə edə bilərdi, lakin ərimin barədə danışmaq düzgün deyildi. Mən heç vaxt heç kimin ölüsünə sataşmamışam, heç kimə qarşı hörmətsizlik etməmişəm. Mənim haqqımda nə istəyir danışsın. Amma ailəm, yoldaşım haqqında danışması düzgün deyil. Doğrudur, bəzi ifadələri işlətməməli idim, lakin bu, ailə üzvlərim barədə açıqlama verilməsinə əsas ola bilməz. Sözügedən fikirlər ailəmdə ciddi narahatlığa səbəb olub”.

Dəniz

Reklam