“Tolik aparıcı deyil, 10 ildən sonra…” – Səidə Bəkirqızı

“Tolik aparıcı deyil, 10 ildən sonra…” – Səidə Bəkirqızı

Şou 29.01.2026 16:17 10

“Bu gün də Tolikin verilişində hər hansı bir danışıqda, yanaşmada ifrat bir məqam görsəm, bunu onun üzünə də deyə bilərəm, sosial şəbəkə hesabımda da paylaşaram”.

Az24.az xəbər verir ki, bu sözləri “AStar” yutub layihəsinin qonağı olan aparıcı Səidə Bəkirqızı bildirib.

“Bəli, mən bunu özünə də demişəm. Prodüser Toliki televiziya aparıcısı kimi qəbul etmirəm. Ola bilsin ki, sabah efirdə olmayım, amma Tolik 10 ildən sonra da veriliş aparar. Amma o, aparıcı deyil”.

Aparıcı həmkarı Amil Xəlilin aparıcılığını bəyəndiyini, onun verilişdə sədləri aşmadığını, sosial verilişlər arasında yalnız onun verilişini bəyəndiyini qeyd edib.

Daha ətraflı videoda:

Dəniz

Reklam