Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
Yekaterinburqda azərbaycanlıların həbsində iştirak edən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları təltif ediliblər.
AZ24.az xəbər verir ki, mərasim Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin geniş kollegiya iclası zamanı baş tutub.
Tədbirdə Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk Polis İdarəsinin rəisi Aleksandr Meşkov, bölgənin baş prokuroru Boris Krılov və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.
Qeyd edək ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər./ unikal.az
Reklam
Oxşar xəbərlər
ABŞ-la danışıqlara hazırıq – Araqçi
İrandan Aİ-yə CAVAB: Avropa orduları “terrorçu” elan ediləcək
ABŞ–İran gərginliyi pik həddə çatdı – Hücum bu tarixdə başlayır
Fatih Ürek vəfat etdi
Tanınmış azərbaycanlı polkovnik vəfat etdi – FOTO
Xamenei o təyyarədə Moskvaya qaçır – ŞOK İDDİA
ABŞ-də fövqəladə vəziyyət elan edildi
ABŞ-İran müharibəsi başlaya bilər – Yaxın 48 saat ərzində…