Piyada keçidində piyada maşının üzərinə tullandı – ANBAAN GÖRÜNTÜLƏR

Piyada keçidində piyada maşının üzərinə tullandı – ANBAAN GÖRÜNTÜLƏR

Hadisə 26.01.2026 11:20 109

Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib.

Az24.az ajans.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirov məlumat paylaşıb.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Məlumata görə, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçməkdə olan piyadaya qışqıraraq ondan daha sürətli hərəkət etməsini tələb edib. Sürücünün bu hərəkətinə qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb.

Az24.az həmin görüntüləri təqdim edir:

Reklam