Çinin ən yüksək keyfiyyətli avtomobilləri – SİYAHI
Çinin nəqliyyat vasitələrinin qüsurları ilə bağlı məlumatların toplanması və təhlili üzrə ixtisaslaşmış CheZhi platforması 2025-ci ilin dördüncü rübü üçün avtomobil keyfiyyət reytinqini açıqlayıb.
Az24.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, Xiaomi və Zeekr markalarına məxsus modellər ən yüksək göstəricilərlə birinci yeri bölüşüblər.
SAIC və Huawei şirkətlərinin birgə istehsalı olan Saic H5 (Shangjie H5) 1,7 balla üçüncü yeri tutub. İlk üçlükdən sonra Toyota və GAC arasında tərəfdaşlıq olan Toyota bZ3X (2,2 bal) və benzinlə işləyən Changan X5 Plus (2,3 bal) yer alıb.
Reytinq avtomobil sahiblərindən daxil olan şikayətlər, texniki nasazlıqların sayı və keyfiyyət göstəriciləri əsasında tərtib olunub.
Mütəxəssislər qeyd edirlər ki, Çin bazarında yeni texnoloji brendlərin keyfiyyət baxımından ənənəvi avtomobil istehsalçıları ilə rəqabət apara bilməsi bu reytinqdə aydın şəkildə özünü göstərir. Xiaomi və Zeekr modellərinin yüksək nəticə əldə etməsi markaların etibarlılığına olan etimadı daha da artırıb.
Tədqiqata ümumilikdə 358 model daxil edilib, onlardan 108-də şikayətlərdə azalma, qalanlarında isə artım müşahidə olunub. Krossoverlərin orta keyfiyyət səviyyəsi 24,8 bal olub ki, bu da sedan və miniven seqmentlərindən daha yaxşı göstəricidir.
CheZhi platformasının hesabatı Çin avtomobil bazarında keyfiyyət tendensiyalarını əks etdirən əsas göstəricilərdən biri hesab olunur.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bu yapon avtomobillərindən uzaq durun – Mexanikdən XƏBƏRDARLIQ
Müasir avtomobillərdə USB portları və risklər
Təkər aşınmasının qarşısını almağın EFFEKTİV YOLLARI
Maşında qəribə səslər gəlirsə, problem nədir?
Maşında yağ sensorunun işığı yanırsa… – VACİB MƏSLƏHƏTLƏR
Ən ucuz işlənmiş avtomobillərin SİYAHISI AÇIQLANDI
Avtomobil alarkən bunlara DİQQƏT EDİN