Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? – Özü danışdı – VİDEO

Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? – Özü danışdı – VİDEO

Sosial 18.11.2025 20:17 321

Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim barəsində son günlər yayılan məlumatlara özü aydınlıq gətirib.

AZ24.az-ın məlumatına görə, meyxanaçı Moskvada həmkarı Mehman Əhmədli ilə görüşüb. Mehman Əhmədli həmin görüntüləri sosial şəbəkədə paylaşaraq iddiaların əsassız olduğunu bildirib:

“Haqqında müxtəlif söz-söhbətlər dolaşır. Videonu yayımlamaq istədim ki, hər kəs görsün — Vahid Qədim tam normal vəziyyətdədir, azadlıqdadır. Heç bir problem yoxdur, yayılan məlumatların hamısı yalandır”, – deyə o qeyd edib.

Vahid Qədim də öz növbəsində xəbərlərə qısa şəkildə münasibət bildirib:

“Baltaya, bıçağa tövbə!”

Xatırladaq ki, son günlər meyxanaçının Moskvada sevgilisinə bıçaqla xəsarət yetirdiyi və bu səbəbdən saxlanıldığı barədə iddialar yayılmışdı. Bu görüntülərdən sonra həmin məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.

Reklam