Ən ucuz işlənmiş avtomobillərin SİYAHISI AÇIQLANDI
Yeni avtomobillərlə müqayisədə işlənmiş maşınlar daha münasib qiymətə təklif olunduğu üçün bir çox sürücü seçim edərkən məhz bu seqmentə üstünlük verir. Ancaq yürüşlü avtomobil almaq, xüsusilə də həm etibarlı, həm də ucuz variant tapmaq heç də asan deyil.
Az24.az xəbər verir ki, “WhatCar?” nəşri münasib qiymətə alınan ən yaxşı 10 işlənmiş avtomobilin siyahısını açıqlayıb.
Mütəxəssislər bildiriblər ki, siyahıda yer alan modellərin hamısını Böyük Britaniyanın ikinci əl bazarında 10 min funt-sterlinqdən (təxminən 13 min 400 ABŞ dolları) aşağı qiymətə əldə etmək mümkündür.
Ucuz işlənmiş avtomobillərin TOP-10 siyahısı:
1. “Ford Fiesta”
2. “Volkswagen Polo”
3. “Skoda Kamiq”
4. “Hyundai i10”
5. “Ford Puma”
6. “Ford Focus”
7. “Skoda Karoq”
8. “Dacia Duster”
9. “Volkswagen Passat Estate”
10. “Audi TT”
Ekspertlərin rəyinə əsasən, ən uğurlu ucuz işlənmiş avtomobil “Ford Fiesta” hetçbeki seçilib. Qeyd olunub ki, bu model idarəetmə baxımından rəqiblərini geridə qoyur və xüsusilə döngəli yollarda stabil və çevik hərəkəti ilə seçilir. Avtomobilin asqı sistemi də kifayət qədər rahat hesab olunur.
Bundan əlavə, nəşr “Ford Fiesta”nın müasir texnologiyalarla zəngin təchizata malik olduğunu vurğulayıb. Bununla yanaşı, modelin bəzi mənfi cəhətləri də diqqətdən kənarda qalmayıb. Belə ki, baqaj həcminin nisbətən kiçik olması, salonda ucuz plastik materiallardan istifadə edilməsi və baza mühərriklərinin zəif gücə malik olması əsas çatışmazlıqlar sırasında göstərilib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bu yapon avtomobillərindən uzaq durun – Mexanikdən XƏBƏRDARLIQ
Çinin ən yüksək keyfiyyətli avtomobilləri – SİYAHI
Müasir avtomobillərdə USB portları və risklər
Təkər aşınmasının qarşısını almağın EFFEKTİV YOLLARI
Maşında qəribə səslər gəlirsə, problem nədir?
Maşında yağ sensorunun işığı yanırsa… – VACİB MƏSLƏHƏTLƏR
Avtomobil alarkən bunlara DİQQƏT EDİN