Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Sosial 13.11.2025 11:12 3

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək.

Az24.az ADY-yə istinadən xəbər verir ki, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Eyni zamanda, sərnişinər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Reklam