Beynəlxalq axtarışa verilən azərbaycanlı Polşada tutuldu

Beynəlxalq axtarışa verilən azərbaycanlı Polşada tutuldu

Cəmiyyət 18.11.2025 14:44 15

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşa ərazisində saxlanılıb.

Bu barədə Az24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə Elmixan Allahyar oğlu Kərimov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul  edilib. O, beynəlxalq axtarışa verilib.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Reklam