Bəxtiyar Hacıyevlə bağlı QƏRAR VERİLDİ
Çoxsaylı cinayətlərdə təqsirli bilinərək 10 il həbsə məhkum edilmiş ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb.
Az24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə bir az əvvəl cinayət işi ilə bağlı son qərarı açıqlayıb.
Məhkəmə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu müəyyən etməyib. Bu səbəbdən şikayət əsassız sayılaraq rədd edilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ildə polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.
O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Reklam
Oxşar xəbərlər
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı