“Qalatasaray” öz meydanında xal itirdi

“Qalatasaray” öz meydanında xal itirdi

İdman 17.01.2026 23:48 4

Türkiyə Super Liqasında ikinci dövrənin ilk oyununda “Qalatasaray” doğma meydanda “Qaziantep FK” ilə heç-heçə edib.

18-ci turun qarşılaşması İstanbulda baş tutub.

Oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissədə qonaqlar 73-cü dəqiqədə Bayo ilə hesabı açıblar.  Meydan sahibləri isə 85-ci dəqiqədə Barış Alper Yılmazın qolu ilə məğlubiyyətdən xilas olublar. Görüş 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra “Qalatasaray”ın xalları 43-ə yüksəlib. “Qaziantep FK” isə aktivinə 24 xal yazdırıb.

Reklam