Axşam qidalanmasının QIZIL QAYDASI

Axşam qidalanmasının QIZIL QAYDASI

Sağlamlıq 17.01.2026 20:00 6

Qidalanma mütəxəssisləri bildirirlər ki, axşam saatlarında düzgün qidaların qəbul edilməsi gecə boyunca həzmi dəstəkləyir və səhərlər şişkinlik, həzmsizlik hissinin azalmasına kömək edir. Onların sözlərinə görə, yüngül, liflə zəngin və asan həzm olunan qidalardan ibarət axşam yeməkləri qarın (göbək) nahiyəsində yaranan narahatlığın azalmasında mühüm rol oynayır.

Gün ərzində intensiv iş tempi və nizamsız qidalanma xüsusilə axşam saatlarında şişkinlik və qarında doluluq hissi ilə özünü göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, axşam qəbul edilən qidalar həzm prosesinə birbaşa təsir göstərir və gecə ərzində orqanizmin bərpa olunmasına kömək edir.

Mütəxəssislərin fikrincə, axşam yeməklərində ağır, yağlı və yüksək karbohidratlı qidalar əvəzinə daha yüngül alternativlərə üstünlük verilməlidir.

Yoğurt, tərəvəz şorbaları, buğda və ya suda bişirilmiş tərəvəzlər, eləcə də az miqdarda protein tərkibli yeməklər mədəni yormadan həzmi dəstəkləyir.

Xüsusilə yoğurt kimi probiotiklə zəngin qidaların bağırsaq fəaliyyətini tənzimləyərək şişkinliyi azaltdığı bildirilir.

Axşam yeməyindən sonra qəbul edilən bəzi bitki çayları da həzm sisteminə müsbət təsir göstərir.

Razyana, çobanyastığı və zəncəfil çayı kimi içkilərin qaz və şişkinlik hissini azaltdığı qeyd olunur. Lakin bu çayların həddindən artıq istifadəsindən çəkinmək tövsiyə edilir.

Mütəxəssislər bu cür içkilərin yatmazdan ən azı 1 saat əvvəl içilməsini məsləhət görürlər.

Qidalanma ilə yanaşı, yemək vaxtının da önəmli olduğu vurğulanır. Axşam yeməyinin yuxudan ən azı 3 saat əvvəl yeyilməsi mədənin gecə boyu daha rahat işləməsinə imkan yaradır. Həmçinin yavaş yemək və qidanı yaxşı çeynəmək həzmi asanlaşdıran əsas amillərdən sayılır.

Axşam düzgün qidaların seçilməsi yalnız səhər daha rahat oyanmağa deyil, uzunmüddətli perspektivdə həzm sağlamlığının qorunmasına da töhfə verir. Mütəxəssislər davamlı nəticələr üçün balanslı və nizamlı qidalanma vərdişlərinin əsas şərt olduğunu vurğulayır, eyni zamanda fərdi xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini qeyd edirlər.

Dəniz

Reklam