Bu qidalar infarkt və insultun qarşısını alır – SİYAHI
Bir çox ciddi xəstəliklərin yaranma səbəblərindən biri qanın həddindən artıq laxtalanmasıdır. İnfarkt, insult, tromboflebit, venaların varikoz genişlənməsi kimi xəstəlikləri birləşdirən əsas amil məhz qanın laxtalanma qabiliyyətinin artmasıdır.
Qan normadan artıq laxtalandıqda damarlar boyunca sərbəst hərəkət edə bilmir, nəticədə toxuma və orqanlar lazımi qədər qida və oksigenlə təmin olunmur. Bu hal xüsusilə beyin damarlarında baş verdikdə daha təhlükəli sayılır. Qan dövranının zəifləməsi oksigen çatışmazlığına səbəb olur və zamanla müxtəlif ağır fəsadlar — infarkt, insult və digər damar xəstəlikləri meydana çıxa bilər.
Bu riskləri azaltmaq üçün bəzi xəstələr uzun müddət qan duruldan dərmanlardan istifadə edirlər. Lakin düzgün seçilmiş qida rasionu da qanın laxtalanma qabiliyyətinin normallaşmasına kömək edə bilər.
Qanı duruldan qidalar
İlk növbədə kifayət qədər su içmək vacibdir. Mütəxəssislər xüsusilə təbii içməli suya üstünlük verilməsini tövsiyə edirlər. Yetkin insanlar gün ərzində orta hesabla 2–2,5 litr su qəbul etməlidirlər. Bu, xüsusilə isti havalarda daha önəmlidir. Bol su qəbulu qanda trombların yaranma riskini azaldır.
Profilaktik məqsədlə aşağıdakı qidaların da rasiona daxil edilməsi məsləhət görülür:
-
zeytun və kətan yağı
-
alma sirkəsi
-
sarımsaq və soğan (mütəmadi istifadə edildikdə)
-
limon
-
günəbaxan tumu
-
çuğundur
-
pomidor
-
zəncəfil
-
moruq, çiyələk, böyrütkən, albalı
Bu məhsullardan gündəlik qidalanmada ən azı ikisinin olması qanın laxtalanmasının qarşısını almağa kömək edir.
Qanın laxtalanmasını artıran qidalar
Mütəxəssislərin fikrincə, bəzi qidalar qanın daha tez laxtalanmasına səbəb ola bilər.
Bunlara daxildir:
-
ət bulyonları
-
kolbasa və sosislər
-
hisə verilmiş məhsullar
-
ağ çörək
-
qaymaq
-
bağayarpağı
-
banan və manqo
-
bəzi bitki çayları (pişikotu, qarğıdalı saçağı, aloe, dəvədabanı)
Qanı qatılaşdıran digər amillər
Aşağıdakı vərdiş və maddələr də qanın qatılığını artıra bilər:
-
siqaret çəkmək
-
spirtli içkilər
-
həddindən artıq duz qəbulu
-
sidikqovucu preparatlar
-
bəzi hormonal dərmanlar
Mütəxəssislər qanın normal dövranını təmin etmək və toxumaların sağlam qidalanması üçün aktiv həyat tərzini tövsiyə edirlər. Müntəzəm piyada gəzinti, fiziki hərəkət və idman qan dövranını yaxşılaşdıraraq damar sağlamlığını qorumağa kömək edir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Axşam qidalanmasının QIZIL QAYDASI
Sağlamlıq üçün hansı ət DAHA FAYDALIDIR?
Nar yarpağının az bilinən faydaları – Bağırsaqlar üçün təsiri
Kilo almağın qarşısını alan qidalar – Arıqlamaq istəyənlər oxusun
Gənc və sağlam qalmağın SİRRİ – Faydalı səhər vərdişləri
İspanaq yarpağının faydaları – “Təməl Rəis” haqlı idimi?