Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı

Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı

Dünya 16.01.2026 21:31 6

Türkiyədə aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra barəsində ölkədən çıxış qadağası qoyularaq sərbəst buraxılan aktyor Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlanıb.

AZ24.az xəbər verir ki, aparılan analizlər nəticəsində Oktay Kaynarcanın test cavabları neqativ çıxıb.

Aktyor məsələ ilə bağlı verdiyi açıqlamada üzərinə irəli sürülən ittihamların əsassız olduğunu bildirib və nəticə ilə təmizləndiyini vurğulayıb. O, həmçinin dövlətin narkotiklə mübarizə tədbirlərini dəstəklədiyini qeyd edib.

Kaynarca adının hallandığı digər məsələlərlə bağlı da açıqlama verərək, tanıtım çarxı üçün aldığı və sonradan geri qaytardığı məbləğdən başqa heç bir qanunsuz fəaliyyətdə iştirak etmədiyini bildirib.

Reklam