Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası dəyişdirildi

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası dəyişdirildi

Cəmiyyət 16.01.2026 20:43 10

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi qaydalarında dəyişiklik edilib.

AZ24.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilirdi.

Qanuna əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq.

Əmək müqavilələrində və ya kollektiv müqavilədə, məzuniyyətə çıxan işçilər üçün növbəti əməkhaqqı (avans və ya qalan hissəsi) verilən gündən gec olmayaraq, məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsinin başqa müddətləri müəyyən edilə biləcək.

Reklam