UEFA Konfrans Liqasının püşkü atıldı
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.
AZ24.az xəbər verir ki, mərasimdə turnirdə Türkiyənin yeganə təmsilçisi “Samsunspor” klubunun da rəqibi müəyyənləşib.
Superliqa komandası pley-offda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları fevralın 19-da, cavab oyunları isə 26-da keçiriləcək.
Püşkatmanın nəticələri:
“KuPS” (Finlandiya) – “Lex” (Polşa)
“Zrinski” (Bosniya və Herseqovina) – “Kristal Pelas” (İngiltərə)
“Şkendiya” (Şimali Makedoniya) – “Samsunspor” (Türkiyə)
“Siqma” (Çexiya) – “Lozanna” (İsveçrə)
“Noa” (Ermənistan) – “AZ Alkmaar” (Niderland)
“Yagelloniya” (Polşa) – “Fiorentina” (İtaliya)
“Drita” (Kosovo) – “Selye” (Sloveniya)
“Omoniya” (Kipr) – “Riyeka” (Xorvatiya).
Reklam
Oxşar xəbərlər
Klopp “Real Madrid”ə gəlmək üçün onun getməsini istəyib
“Real Madrid” Arbeloanı da göndərir?
Fənərbaxça Talişkanın qolu ilə səfərdə qalib gəldi – VİDEO
Zlatan İbrahimoviçin oğlu “Ayaks”a transfer oldu
3 futbolçu Xabi Alonsonun gedişində rol oynayıb
“Real Madrid”də Xabi Alonso postundan göndərildi
“Beşiktaş” onunla da yollarını ayırdı