Azərbaycanda orta aylıq maaş 9%-dən çox artıb
2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,797 milyon nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
AZ24.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Reklam
Oxşar xəbərlər
Bu şəxslərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq
Alimentlə bağlı yeni norma: Maaşdan 70% tutula bilər
Rasim Balayevin səhhətində problem yarandı
Hamiləlik və doğuşla bağlı məzuniyyət müddəti artırıldı
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Banklardan gözlənilməz qərar
Magistratura səviyyəsi üzrə sınaq imtahanının tarixi məlum oldu
Bu xanıma yüksək vəzifə verildi – FOTO