Türk şahinlərinin Gəncədə son günü – VİDEO
Gürcüstanda təyyarə qəzasında şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Emre Sayın və həmkarları Gəncədə olduqları müddətdə sakinlərlə səmimi söhbətlər edib, dostluq münasibətləri qurublar.
Az24.az xəbər verir ki, sakinlər bu barədə “İctimai TV”yə danışıblar.
Sakinlərdən Vüqar Əliyev bildirib ki, Emre Sayın və həmkarları Gəncəni gəzib, övladları üçün hədiyyələr alıbmışlar: “Bizə dedi ki, Türkiyə Hərbi Hava Qüvvələrindən gəlmişik, buranın qonağıyıq. Biz isə ona buranın yox, elə bizim qonağımız olduqlarını dedik. Adam danışdıqca, həqiqətən, pis olur. Axşam saat 8-9 arası idi, görüşdük, söhbətləşdik. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. Maşınla Gəncəni gəzdik. Sonra onları Hacıkəndə, Topalhəsənliyə, Göygölə apardıq. Emre qardaşımız deyirdi ki, onun ikiaylıq körpəsi var. Üç övladı olduğunu söylədi. Bildirdi ki, ikiaylıq körpəsinə maraqlı hədiyyə almaq istəyir. Buradan çanta, Göygölün suvenirlərini, Azərbaycan Bayrağını, Gerbini aldı”.
Digər Gəncə sakini Elnur Bağırov isə qeyd edib ki, Emre Sayın ona Türkiyə Ordusu ilə bağlı hədiyyə verib: “Eşidəndə ki, belə hadisə baş verib, inana bilmədim. Söz tapa bilmirəm. Allah Emre qardaşımız, Cem Dolabçı qardaşımız olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm. Onların kədəri bizim kədərimizdir”.
Qeyd edək ki, noyabrın 11-i Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 20 hərbçi şəhid olub.
Ətraflı videomaterialda:
Reklam
Oxşar xəbərlər
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı