Klopp “Real Madrid”ə gəlmək üçün onun getməsini istəyib

Klopp “Real Madrid”ə gəlmək üçün onun getməsini istəyib

İdman 16.01.2026 14:51 3

Yürgen Klopp yaydan etibarən “Real Madrid”in yeni baş məşqçisi ola bilər.

AZ24.az xəbər verir ki, bu barədə xəbərlər son günlərdə xeyli tirajlanır.

Yeni bir iddia “Fichajes” portalı tərəfdən yayılıb.

Burada verilən məlumata görə, Klopp “Real Madrid”ə gəlmək üçün Vinisius Juniorun satılmağını tələb edib.

O, braziliyalı futbolçunu komandada görmək istəmir.

Qeyd edək ki, Vinisiusun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayında bitir. O, artıq 7 ildən çoxdur Madrid təmsilçisində çıxış edir.

İspaniya nəhəngi bir müddətdir onunla sözləşməsini uzatmaq üçün danışıqlar aparsa da, tərəflər ortaq məxrəcə gələ bilmir.

O, bu yay komandanı tərk edə bilər.

Reklam