Sərxoş sürücü yolda təhlükə yaratdı – ANBAAN VİDEO

Sərxoş sürücü yolda təhlükə yaratdı – ANBAAN VİDEO

Hadisə 16.01.2026 12:44 6

Baş Dövlət Yol Polisi İdarəsinin 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən VAZ-2102 markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Bu barədə AZ24.az-a idarədən məlumat verilib.

Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib.

Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, habelə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri qanunla yolverilməzdir və bu kimi hallara qarşı qətiyyətli tədbirlər görüləcək.

Reklam