“Pezeşkiyanla şəklimizi görüb, “bunu təcili yola salın” dedilər” – Saxlanılan xanəndə
Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur xanəndəsi, əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
AZ24.az xəbər verir ki, Qəzənfər Abbasov bu barədə manset.az-a açıqlama verərək xəbəri təsdiq edib. O saxlanılması səbəbilə təyyarəsini də qaçırdığını qeyd edib.
“İranda konsertimiz baş tutdu. Eyni zamanda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da iranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar.
Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeşkiyanla şəkilimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim. Hazırda gəlmişəm, Bakıdayam, işlərimlə məşğulam”.
Reklam
Oxşar xəbərlər
Bu xanıma yüksək vəzifə verildi – FOTO
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Prezident onu vəzifədən azad etdi – Yeni TƏYİNAT
Azərbaycana dondurucu qış gəlir – Bakı üçün xəbərdarlıq edildi
Bakı və Abşeronda məcburi köçürmələr – Kompensasiya hansı əsaslarla ödəniləcək? – DETALLAR
20 dərəcə şaxta olacaq – Bu tarixdə
Bakıya bu tarixdə qar yağacaq