Təbrizdə hərbi vəziyyət elan edildi

Təbrizdə hərbi vəziyyət elan edildi

Dünya 15.01.2026 21:09 24

Təbrizdə hərbi vəziyyət elan edilib.

Az24.az xəbər verir ki, yerli sakinlərdən biri “Iran International”a bildirib ki, vətəndaşlara axşam saat 8-dən sonra küçələrə çıxmaq qadağan edilib.

Təbrizin Böyük Bazarı və əsas ərzaq mağazalarının bağlı olduğu bildirilir. Bəzi kiçik mağazalar məhdud saatlarda açıq olsa da, zəruri mallara çıxış məhdud olaraq qalır.

Mənbə iddia edir ki, Təbrizin bütün ərazilərinə, o cümlədən kiçik və ucqar ərazilərə çoxlu sayda hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Reklam