“Ərimə xəyanət etməmişəm, amma uşaq ondan deyil” – Qadın kömək istəyir

“Ərimə xəyanət etməmişəm, amma uşaq ondan deyil” – Qadın kömək istəyir

Dünya 15.01.2026 21:53 123

“Etiraf” məzmunu ilə tanınan bir səhifədə paylaşılan bu yazı qısa zamanda gündəm olub.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın yazıb ki, həm özü, həm də əri tünd saçlı və tündgözlü olmasına baxmayaraq, 6 aylıq körpələrinin sarı saçlı və rəngli gözlüdür. Bu səbəbdən qayınanası tez-tez “Bu uşaq kimə oxşayıb?” kimi eyhamlar vururmuş.

Qadın paylaşımında qayınanasının gizlicə DNT testi etdirdiyini sonradan öyrəndiyini bildirib. Test nəticəsini “şok” adlandıran qadın, nəticədə “körpənin ərindən olmadığı” qənaəti ilə qarşılaşdığını yazıb. O, ərinə xəyanət etmədiyini xüsusi vurğulayıb və yaşananlardan sonra ərinin boşanma üçün ərizə verdiyini qeyd edib.

Qadın “Xəstəxanada körpələr dəyişdirilmiş ola bilərmi?” sualını verərək, oxşar vəziyyət yaşayan olub-olmadığını və nə etməli olduğunu soruşub.

Paylaşımın altına çoxlu şərh yazılıb. Bəzi istifadəçilər “Sən də özün üçün DNT testi etdir”, “Ola bilər, məsələni bağlama”, “Səhv düşmə ehtimalı var” deyərkən, digərləri isə “DNT yalan danışmır, sən xəyanət etmisən” kimi fikirlər səsləndirib.

Dəniz

Reklam