“Baku Electronics”ə rəsmi xəbərdarlıq edildi

“Baku Electronics”ə rəsmi xəbərdarlıq edildi

Cəmiyyət 18.11.2025 12:35 4

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” MMC barəsində Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə işə baxılmasını yekunlaşdırıb.

Bu barədə Az24.az Agentliyə istinadla xəbər verir.

Məlumata görə, işin predmetini şirkətin fəaliyyətində YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

İşə baxılmanın nəticəsi olaraq “Baku Electronics”ə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Reklam