Zelenski fövqəladə vəziyyət elan edəcəyini açıqladı

Zelenski fövqəladə vəziyyət elan edəcəyini açıqladı

Dünya 14.01.2026 23:26 4

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan ediləcəyini açıqlayıb.

AZ24.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Zelenski bildirib ki, qərar Rusiyanın infrastruktur obyektlərinə hücumları nəticəsində yaranan ciddi elektrik kəsintilərinin aradan qaldırılması məqsədi daşıyır.

Onun sözlərinə görə, enerji çatışmazlığının idarə olunması və sistemlərin daha sürətli bərpası üçün fövqəladə rejim tətbiq olunacaq, eyni zamanda Avropa ölkələrindən Ukraynaya elektrik idxalının artırılması istiqamətində işlər aparılır.

Reklam