Hollivud ulduzundan maraqlı etiraf: Evdə türk serialları izlənir
Hollivudun tanınmış aktyoru Bredli Kuper verdiyi son müsahibədə ailəsi ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, anası Qloriya Kampano türk seriallarının, xüsusilə də “Erkenci Kuş” serialının böyük pərəstişkarıdır.
AZ24.az xəbər verir ki, Bredli Kuper “The Joe Rogan Experience” proqramında çıxışı zamanı qeyd edib ki, anası serialın bütün bölümlərini bir neçə dəfə izləyib və baş rol ifaçısı Can Yamanı “dünyanın ən yaxşı aktyoru” adlandırır.
Aktyor bu fikirləri zarafatla şərh edərək, öz Oscar nominasiyalarının belə anası üçün o qədər də əhəmiyyət daşımadığını deyib.
Kuper türk seriallarına xas uzun və dramatik səhnələrə də toxunub. Onun sözlərinə görə, evdə serial izlənilən zaman bu cür səhnələr tez-tez diqqət çəkir və bəzən bir səhnənin çox uzun davam etməsi ailə üzvləri arasında təbəssüm doğurur.
Aktyor eyni zamanda serialın baş rol qadın ifaçısı Demet Özdemirin oyununu da bəyəndiyini bildirib.
Qeyd edək ki, “Erkenci Kuş” romantik komediya janrında çəkilib, Türkiyədə yayımlandığı 51-ci bölümlə final edib və beynəlxalq auditoriya arasında da geniş maraq qazanıb.
Reklam
Oxşar xəbərlər
Xoşqədəm ondan inciyən Rəqsanənin CAVABINI VERDİ – VİDEO
Cəmilə 3 günlük Dubay istirahətinə 60 000 manat pul xərclədi
20 il əvvəl də açıq-saçıq geyinirdim – Sevinc
Zaur Səidənin CAVABINI VERDİ: Onun tək istəyi…