İrana hücum bu axşam başlayacaq – Türkiyəyə XƏBƏRDARLIQ
ABŞ-ın mümkün hücumu baş versə, İran Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyədəki ABŞ hərbi bazalarına zərbələr endirəcək. Tehran bu ölkələri Vaşinqtonun hərbi müdaxiləsinin qarşısını almağa çağırıb.
Az24.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi Prezident Donald Trampın kütləvi antihökumət etirazları fonunda müdaxilə ilə bağlı təhdidindən sonra bəyanat verib.
Gərginlik fonunda Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd hərbi bazasındakı ikinci dərəcəli heyətə axşam saatlarınadək bazanı tərk etmələri tövsiyə olunub. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Təl-Əvivdən naməlum istiqamətə yola düşdüyü bildirilir.
Amerika aviasiyasının artan aktivliyi və “Sion Qanadı” təyyarəsinin planlaşdırılmamış uçuşu mediada ötən il ABŞ-ın İrana endirdiyi zərbələr öncəsi baş verən hadisələrlə müqayisə olunur.
Reklam
Oxşar xəbərlər
Narkotik istintaqı: Ümit Karan da saxlanıldı
Dünyada 72 saat işıq olmayacaq – İDDİA
Rza Pəhləvidən orduya ÇAĞIRIŞ: Rejimə qarşı qalxın!
İranla bağlı QORXUNC İDDİA: Ölənlərin sayı 20 minə çatır
Rza Pəhləvi ilə gizli görüş
Tramp İran xalqına müraciət etdi: “Kömək yoldadır”
Məhkəmə iclasında QAN TÖKÜLDÜ: Prokuror hakimi silahla vurdu