Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi

Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi

Siyasət 14.01.2026 16:43 113

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraqAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.

Az24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə təhvil verilib.

Paşinyan həmçinin qeyd edib ki, ilkin müayinəyə görə, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanın səhhəti ilə bağlı heç bir problemi yoxdur, Vaqif Xaçatryanın vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Reklam