Cəmilə 3 günlük Dubay istirahətinə 60 000 manat pul xərclədi
Müğənni Elit Star Cəmilə sosial şəbəkələrdə yayılan açıqlaması ilə müzakirələrə səbəb olub.
Az24.az xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində Dubayla bağlı aldığı maraqlı təklifi açıqlayıb.
Onun sözlərinə görə, bir ailə tərəfindən Dubayda ev hədiyyə edilməsi təklif olunsa da, bu təklifi qəbul etməyib:
“Bir xanım var, əri ilə birlikdə mənim pərəstişkarlarımdırlar. Məni qonaq çağırdılar və dedilər ki, Dubayda bəyəndiyim evi mənə hədiyyə etsinlər. Amma mən razılaşmadım. Çünki Dubaya köçüb yaşamaq fikrim yox idi. Ev satmaq üçün yox, daimi qalmaq şərti ilə verilirdi. Rezidenslər onların nəzarətində idi, istəsəm aylarla orada qala bilərdim. Ancaq buradakı işlərimi yarımçıq qoyub uzun müddət getməyim mümkün deyildi. Maksimum 2-3 gün qala bilərdim. Oradakı evlərin qiyməti 1,5–2 milyon dollardan başlayırdı. Mənə isə 2-3 otaqlı mənzil hədiyyə etmək istəyirdilər. Bundan əlavə, dəyəri 50 min dollar olan qızıl dəsti də bağışladılar”.
Müğənni bildirib ki, bütün bu bahalı hədiyyələrə baxmayaraq, Dubayda yaşamaq onun gələcək planlarına uyğun olmadığı üçün təklifi geri çevirib.
Müğənninin 3 gün müddətində Dubayda xərclədiyi pulun məbləği də dodaquçuqladıb. O bildirib ki, Dubayda 3 günlük istirahətinə 60 min manata yaxın pul xərcləyib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Xoşqədəm ondan inciyən Rəqsanənin CAVABINI VERDİ – VİDEO
20 il əvvəl də açıq-saçıq geyinirdim – Sevinc
Zaur Səidənin CAVABINI VERDİ: Onun tək istəyi…