Azərbaycanda bu dindarlara pul veriləcək
Şura üzvləri Fondun 2026-cı il üzrə nəzərdə tutulan xərclər smetasının layihəsi, eləcə də din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər. Fondun xərclər smetasının layihəsinin məqsədyönlülük və səmərəlilik prinsipləri əsasında formalaşdırıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, nəzərdə tutulan xərclər qurumun Nizamnaməsində müəyyən edilmiş məqsədlərə uyğun olaraq mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də din xadimlərinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.
İclasda, həmçinin din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsinin ölkədə sağlam dini mühitin qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyi bildirilib.
İclasın yekununda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə nəzərdə tutulmuş xərclər smetasının layihəsinin təsdiq edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi, eyni zamanda cari ildə din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi barədə qərar qəbul edilib.


Reklam
Oxşar xəbərlər
Bu şəxslərə sosial yardımlar dayandırılır – RƏSMİ
Yaşa görə pensiyanın məbləği AÇIQLANDI
Ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırıldı
Bu şəxslərə 6 min manat müavinət veriləcək – RƏSMİ AÇIQLAMA
Bu ərazilərdə 3 saat işıq olmayacaq
Bakıda bu ərazilərdə işıq olmayacaq
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO