Süni intellekt saytlar üçün təhlükəyə çevrilir
“Süni intellekt” texnologiyalarının sürətlə yayılması onlayn media və informasiya saytları üçün ciddi təhlükə yaradıb.
“ChatGPT”, “Google Gemini” və “Copilot” kimi alətlər istifadəçilərin bir çox suallara cavabı birbaşa platforma daxilində almasına imkan verdiyi üçün artıq minlərlə insan xəbərləri və məlumatları saytları açmadan oxuyur.
Bu tendensiya xüsusilə xəbər portalları, sağlamlıq və məlumat saytlarının oxunma sayına birbaşa mənfi təsir göstərir. İstifadəçilər əvvəllər “Google” üzərindən saytları açaraq cavab tapırdısa, indi həmin məlumatı bir neçə saniyəyə “süni intellekt” sistemlərindən əldə edir. Nəticədə saytların gündəlik baxış göstəriciləri azalır.
Bununla paralel olaraq, reklam gəlirlərində də ciddi eniş müşahidə olunur. Baxış sayı azaldıqca saytların reklamlardan əldə etdityi gəlir də aşağı düşür. Xüsusilə CPM əsaslı reklam sistemlərində bu azalma birbaşa saytın maliyyə durumuna təsir edir.
Mütəxəssislər bildirir ki, bu proses davam edərsə, gələcək illərdə minlərlə xəbər və informasiya saytı fəaliyyətini dayandırmaq riski ilə üzləşə bilər. Çünki “süni intellekt” sistemləri artıq istifadəçilər üçün əsas məlumat mənbəyinə çevrilir və klassik saytların rolunu tədricən zəiflədir.
Altay
Reklam
Oxşar xəbərlər
“Boeing” “Kızılelma”nın kölgəsində qaldı
“Telegram” və “WhatsApp” istifadəçilərin XƏBƏRDARLIQ: Bu funksiyanı təcili aktiv edin!
Kvant kompüterlər nədir? – Gələcəyin texnologiyası
“Whatsapp”da gözlənilən yenilik istifadəyə verilir
“Bitcoin”in qiyməti 93 min dollara çatıb
Kripto valyutalar yatırım üçün etibarlıdırmı?
Android telefonlarda ekrana çıxan reklam virusları: Nə edə bilərik?
Yeni ildən etibarən “Whatsapp” bu telefonlarda işləməyəcək