Şəhid olacam, sən də Vətən sağ olsun deyəcəksən – Qəzada ölən hərbçinin atası – FOTO
Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca açıqlama verib.
Az24.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, qəzadan bir gün əvvəl oğlu ilə telefonda danışıb:
“Zarafatla dedi ki, ata, sən çayı sevirsən deyə sənə çay aldım. Bir qrup getdi, biz də sonra gələcəyik dedi. Amma uşağım gələ bilmədi.”

Özünün də ordu veteranı olduğunu bildirən ata oğlunun ona baxaraq hərbçi ooluğunu bilirb:
“Oğlum peşəsini çox sevirdi. 8 ildir xidmət edirdi. Bu il təyinat alacaqdı. “Dönəcəyəm, ata, təyinat istəyəcəyəm, sənə yaxın gələcəyəm” deyirdi. Amma gələ bilmədi oğlum. Oğlumun toyunu yox, yasını edirəm. Anasına demişdi ki, ana, mən şəhid olacağam, sən də “Vətən sağ olsun” deyəcəksən, mətin olacaqsan, dik duracaqsan. Vətən sağ olsun.”

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO