Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanın müxtəlif ərazilərində infrastrukturun yenilənməsi həyata keçirilən sahələrdə mühafizə zonaları yaradılır.
Az24.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
V.Oruc bildirib ki, artıq Ağdaş və Şəmkirdə təhlükəli ərazilərdə yerləşən fərdi yaşayış evlərinin köçürülməsinə başlanılacaq.
“Bunun üçün müvafiq qurum tərəfindən iki tender elan olunub. Bu satınalmalarda qeyd olunan ərazilərdəki fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən alınması nəzərdə tutulur. Onların köçürülməsi zamanı ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə fəaliyyətinin satın alınması istiqamətində də işlər görülüb. Bu, olduqca vacib məsələdir”.
Sədr qeyd edib ki, məlum olduğu kimi, Bakıda kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz hala gətirən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur.
“Bu evlərin və tikililərin yağış sularından zərər görməməsi üçün köçürülməsi zəruridir. Dövlət bu baxımdan həmin ərazilərdə yaşayanlara və tikililərin sahiblərinə kompensasiya ödəyərək köçürülməni həyata keçirəcək. Bu prosesdə qiymətləndirmənin böyük önəmi var. Bütün hallarda həmin ərazilərdə yaşayanlara əvvəlcədən məlumat veriləcək. Belə ki, 1600-dən çox fərdi yaşayış evi və ya digər tikilinin köçürülməsi böyük məbləğdə kompensasiya və zaman tələb edir. Yağış sularından təhlükəsizliyin təmin edilməsi baxımından bu addımların atılması çox vacibdir. Düşünürəm ki, bunun üçün satınalmaların elan olunmasına ehtiyac var”.
Reklam
Oxşar xəbərlər
Naxçıvanın bu ərazilərində işıq olmayacaq
Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA
Qazaxda 1200-dən çox abonentin qazı dayandırılacaq
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir